Zaqatalada keçirilən “Açıq mikrofon” aksiyasına vətəndaşlar 6 müxtəlif kənddən qatılsa da, onları birləşdirən ortaq məxrəc kəndlərin qazlaşdırılması istəyi olub.
Lent.az-ın xəbərinə görə, bunlar Üçüncü Tala, Muğanlı, Mişleş, Yuxarı Çardaqlar, Dağlı və Qandax kəndlərinin sakinləridir. Aksiyada çıxış edən Fikrət Şərifov isə qeyd edib ki, Fındıqlı kəndində küçə qaz xətləri çəkilsə də, sayğaclar quraşdırılmayıb. Görüşdə səsləndirilən hər bir müraciət Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən cavablandırıldıqdan sonra qeydə alınıb.