Zaqatalada 100-dən çox evə  sel gəldi, dörd körpü yararsız hala düşdü
18 sentyabr 2023 09:43 (UTC +04:00)

Zaqatalada 100-dən çox evə sel gəldi, dörd körpü yararsız hala düşdü

Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, sentyabrın 17-i axşam saat 21 radələrindən başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. 17-i axşam saatlarından başlayan leysan yağışları sentyabrın 18-i gecə saatlarına qədər davam edib. Rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb. Tala, Zilban və Bəkməz çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb.

Zilban çayının məcrasından çıxması səbəbindən çayın Zilban kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb.

Sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində sentyabrın 17-i axşam saatlarından elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonun müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri ilə aparılır, dəymiş ziyanın miqyası hesablanır.

Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Rayonun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.

Rayonlarda qeyri-sabit hava şəraiti davam edir.

# 12084
avatar

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32