Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 27 Sentyabr - Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Lent.az-a APA-ya istinadən xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.