Yeniyetməyə "ruhi xəstə deyil" deyən baş həkim işdən niyə çıxarıldı? - RƏSMİ CAVAB -YENİLƏNİB
05 aprel 2023 10:10 (UTC +04:00)

Yeniyetməyə "ruhi xəstə deyil" deyən baş həkim işdən niyə çıxarıldı? - RƏSMİ CAVAB -YENİLƏNİB

Ağahəsən Rəsulovun işdən çıxarılmasının səbəbi bəlli olub.

Səhiyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş həkimin işdən çıxmasına səbəb yaş həddi olub.

"Ağahəsən Rəsulovun yaş həddi iə əlaqədar əmək müqaviləsinə xitam verilib".

***

10:05

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Lent.az Bakıvaxtı.az-a istinadən verdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.

Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

Fidan İlqar

Oxşar yazılar