"Yaşıl bazar"da son vəziyyət: Alan da narazı, satan da... - VİDEOREPORTAJ
08 aprel 2022 18:25 (UTC +04:00)

"Yaşıl bazar"da son vəziyyət: Alan da narazı, satan da... - VİDEOREPORTAJ

Son zamanlar bazarlarda qiymətlərdə artımlar müşahidə olunur. Alıcılar normal bazarlıq edə bilmədiklərindən, satıcılar isə məhsullarının tələf olmasında şikayətlənir.

Aradan uzun müddət vaxt keçməsinə baxmayaraq qiymətlər enmək əvəzinə, daha da qalxır. Bu dəfə isə nə az, nə çox. Düz iki dəfə...

Bazarlarda yaranan kəskin bahalaşma alıcılıq qabiliyyətinə də təsirsiz ötüşməyib. Maraqlıdır bəs, qiymətlərlə bağlı əhali arasında olan narazılığın pərdə arxası reallığı nədir?

Lent.az-ın əməkdaşı elə bu suala cavab tapmaq üçün “Yaşıl bazar”a üz tutub. 

“Yaşıl bazar”da yaşanan mənzərə heç də ürək açan deyil. Qiymətlərin sürətlə bahalaşması sakinləri həddindən artıq narahat edir. Müşahidələrimiz zamanı bazarda demək olar ki, alıcılara çox nadir halda rast gəldik. 

Satıcıların sözlərinə görə, son günlər demək olar ki, bütün kənd təsərrüfatı məhsullarında qiymət artımı müşahidə edilir. İstər meyvələrdə, istərsə də tərəvəz növlərinin hər kiloqramında ən az 30-40 qəpik bahalaşma hiss olunur. 

Qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Səbəblərdən ən başlıcası isə məhsul qıtlığıdır. 

Eyni zamanda, satıcılar bildirir ki, qiymət artımı müvəqqətidir. Təxminən 10 gün sonra qiymətlər enəcək.

Yeri gəlmişkən, “Yaşıl bazar”a gələndə dedik ki, həm ziyarət, həm ticarət edək.
Belə ki, orada diqqətimizi çəkən bir maraqlı məqam isə məişət əşyalarının satılması idi. Axı, “Yaşıl bazar” dedikdə ağıla ilk gələn meyvə-tərəvəz olur...

Digər önəmli məsələ isə ət məhsullarıdır. Maraqlıdır bəs, ət və ət məhsullarında vəziyyət necədir?

Hər halda qiymət artımı həm satıcıların, həm alıcıların narazılığına səbəb olub. Necə deyərlər... Alan da narazı, satan da...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4026
avatar

Fidan İlqar

Oxşar yazılar