Kəlbəcərdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib.
Əməliyyat nəticəsində rayonun Zar kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 17985 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.