Bu gün AMEA Zoologiya İnstitutunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik-katib Əhliman Əmiraslanovun iştirakı ilə İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda institutun direktoru vəzifəsinə yeni namizədin təyin olunması məsələsi müzakirə edilib.
İclasda AMEA-nın prezidenti, akademik A.Əlizadənin tövsiyəsi əsasında direktor vəzifəsinə institutun informasiya və innovasiya şöbəsinin müdiri Elman Yusifovun namizədliyi irəli sürülüb.
Sonda Elmi Şuranın üzvləri tərəfindən E.Yusifovun Zoologiya İnstitutunun direktoru vəzifəsinə təqdimatı qəbul olunub və təsdiqlənib.