“Bakının Ziya Bünyadov prospektindəki obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat vəsait xərclənib. Bu vəsaitin təxminən 20 faizi Prezidentin Ehtiyat Fondundan ayrılıb”. Bunu "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev APA TV-nin "Sosium" verilişində deyib.
Onun sözlərinə görə, ərazidə kompensasiyası ödənilməyən obyekt və ya yaşayış evi qalmayıb: "Prospekt boyu 250-dən artıq yaşayış evi və qeyri-yaşayış obyekti köçürülüb. Yolun gec təhvil verilməsinə səbəb həm köçürülmə, həm də yetərincə böyük olan prospektdən qarmaqarışıq kommunikasiya xətlərinin keçməsidir. Təsəvvür edin ki, həmin yolda 110 min kilovatlıq işıq xətti dəyişdirilib, kilometrlərlə kanalizasiya xəttinin yeri dəyişdirilib və yenidən çəkilib ki, bu xətlərin təmirinə azı 50 il ehtiyac olmayacaq".
Ziya Bünyadov prospektinin bu ilin avqust ayına kimi təhvil veriləcəyini deyən V. Hacıyev bu yolun Bakının ən böyük yolu olacağını bildirib: "Ziya Bünyadov prospekti şəhərin ən çox yüklənmiş prospektlərindəndir. Uzunluğu 9 kilometrdir, prospekt ümumilikdə 10 zolaqlı olacaq, 6 zolaq sürətli, 4 zolaq isə köməkçi yollar olacaq. İşlərin demək olar ki, 90 faizi görülüb, 2-3 aya bütün işlər tam yekunlaşacaq. Burda bir yeni körpünün tikilməsi, ikinci körpünün bərpası, 4 yeni qovşağın inşası nəzərdə tutulub".
"Azəryolservis" ASC-nın rəsmisi yollarda təmir-tikinti işlərinin günün intensiv vaxtında aparılmasına da münasibət bildirərək deyib ki, tikinti işləri əsasən gecələr aparılır: “ İldə 4 fəsil var və bu fəsillərin hər birində yol çəkilişinin mümkün olmadığı günlər var. Bu səbəbdən də qurum çalışır ki, fürsət olan kimi tikinti işlərini davam etdirsin. Ona görə də vətəndaşlar bunu nəzərə almalıdır".
!["Ziya Bünyadov prospektindəki köçürmələrə 20 milyon manat vəsait xərclənib”](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
"Ziya Bünyadov prospektindəki köçürmələrə 20 milyon manat vəsait xərclənib”
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)