Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq
02 may 2018 16:15 (UTC +04:00)

Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində)  üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 2 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. 

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumatına görə, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Oxşar yazılar