Bakıda 3 qəsəbəni birləşdirən yolun tikintisi başladı
15 avqust 2016 11:09 (UTC +04:00)

Bakıda 3 qəsəbəni birləşdirən yolun tikintisi başladı

Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi aparılır. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

 

Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı.

 

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qırmadaş layı döşənərək isə yol əsası tikilib. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

 

Bundan başqa yol boyu köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 73 min m2 sahənin asfaltlanması nəzərdə tutulub.

 

Həmçinin, vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılır. Səkilərin kənarına yeni səki daşları düzülür. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.

 

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344
avatar

Oxşar yazılar