Prezident İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.