Zərifə Əliyevanın 90 illiyi münasibəti ilə sərgi açılıb
30 aprel 2013 10:18 (UTC +04:00)

Zərifə Əliyevanın 90 illiyi münasibəti ilə sərgi açılıb

Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın 90 illiyi münasibəti ilə  rəsm sərgisinin açılışı olub. Tədbirdə qonaqları salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, ümummillli lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, alimin 90 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyəti və Zərifə xanımın əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışıb, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib. Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olub. Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından olan Ömər Eldarovun müəllifi olduğu «Zərifə xanım Əliyevanın abidəsi»nin foto portreti, Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», «Azərbaycanlı qadının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» və «Nərgiz xanımın portreti», həmçinin xalq rəssamları Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin, Sakit Məmmədovun, Xalidə Səfərovanın və ümumilikdə 19 rəssamın anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa edib. Tədbirdə rayonun R.Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar