Aparılacaq təmir işləri ilə əlaqədar Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma aprelin 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.
Alternativ olaraq sürücülər Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.