Yoxlamaların nəticələri parlamentə təqdim olunacaq
15 may 2013 13:08 (UTC +04:00)

Yoxlamaların nəticələri parlamentə təqdim olunacaq

Hesablama Palatasının kollegiyası olub. Bu barədə Lent. az-a qurumdan məlumat verilib.  Burada Kürdəmir və Hacıqabulda dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyətinə,  Xarici İşlər Nazirliyinin saxlanılmasına,  digər tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə və başqa məsələlərə baxılıb. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına ayrılan vəsaitlərin və digər mənbələrdən daxil olan vəsaitlərin icrası üzrə auditlərin nəticələrinə dair rəy və hesabatlar təsdiq olunub.

Nəzarət tədbirlərinin nəticələri barədə  məlumatların Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar