Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtın Tbilisi, Babək , Azadlıq prospektləri və Rəşid Behbudov , Fizuli küçələrində nəqliyyatın sıx cərgələnməsi və saatda 5 kilometr surətlə hərəkəti müşahidə olunur.
Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir və baş verən sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görür.