Yeni təhsil naziri Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. Mayın 25-də saat 10:00-da təhsil naziri Şirvan Mədəniyyət Evində Şirvan, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyənlər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected].az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.