Yeni akkreditasiya qaydalarının hazırlanması yekunlaşmaq üzrədir
03 may 2017 15:43 (UTC +04:00)

Yeni akkreditasiya qaydalarının hazırlanması yekunlaşmaq üzrədir

“Ali təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya Qaydalari”, “Ali təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən akkreditasiya meyarları” və “Ali və orta ixtisas təhsili müəssisələrində yeni ixtisasların açılmasına dair Qaydalar”, həmçinin Akkreditasiya işinin təşkili ilə bağlı təlimat kitabçasının hazırlanması üzərində işlər yekunlaşmaq üzrədir.

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni akkreditasiya qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşməsi işləri davam etdirilir. Yeni sənədlərin işlənilməsi zamanı beynəlxalq təcrübə və qonşu ölkələrin bu istiqamətdəki fəaliyyəti yaxından öyrənilib. Finlandiya və Estoniyadan olan ali təhsilin keyfiyyət təminatı üzrə tanınmış ekspertlərlə birgə qeyd olunan sənədlərin təkmilləşdirilməsi istiqamətində davamlı müzakirələr keçirilib.

 

Bundan əlavə, cari ilin mart və aprel aylarında Tvinninq layihəsi çərçivəsində pilot layihə olaraq üç ali təhsil müəssisəsində Avropa ali təhsilin keyfiyyət təminatı üzrə standart və təlimatlarına uyğun hazırlanmış meyarlar əsasında qiymətləndirmənin həyata keçirilməsi istiqamətində xarici ekspertlərlə birgə işlər həyata keçirilir.

 

Fəaliyyət planına uyğun olaraq digər bir sıra sənədlərin təkmilləşdirilməsi istiqamətində də işlər aparılması planlaşdırılır. Bunlar “Orta ixtisas təhsil müəssisələri üçün Akkreditasiya Qaydaları və Standartları”, “İlk-peşə ixtisas təhsil müəssisələri üçün Akkreditasiya Qaydaları və Standartları”, “Ümumtəhsil müəssisələri üçün Akkreditasiya Qaydaları və Standartları”-dır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31