Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Cənub–şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 14-də şimşək çaxacağı, qısa müddətli yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir . Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək
Havanın temperaturunun gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 3-8 dərəcə , gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometroloji amillərin mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da metohəssas insanlar üçün əsasən əlverişlidir.