Yenə yağış yağacaq
24 aprel 2013 13:32 (UTC +04:00)

Yenə yağış yağacaq

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarına gəlincə, aprelin 25-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4529

Oxşar yazılar