Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Sabah havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacağı gözlənilir. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.