Azərbaycana yağış yağacaq - <span style="color:red;">PROQNOZ
07 avqust 2015 12:51 (UTC +04:00)

Azərbaycana yağış yağacaq - PROQNOZ

 

Avqustun 8-də  Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağma ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Fərizə Əhmədova

Oxşar yazılar