Yağış və qar yağacaq
27 noyabr 2013 12:40 (UTC +04:00)

Yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin  Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 7-9, gündüz 10-14
 

 

Azərbaycanın rayonlarında isə sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq rayonlarda sulu qar və qar yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 3-8, gündüz 9-14, dağlarda gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq:
Noyabrın 27-si axşam Respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 01-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3124

Oxşar yazılar