Yağıntılı hava davam edəcək
18 aprel 2013 00:10 (UTC +04:00)

Yağıntılı hava davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturunun gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında isə aprelin 18-də arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
 

Aprelin 16-sı gün ərzində, 17-si gecə və səhər ölkə ərazisində hava şərait kəskin dəyişib, əksər rayonlarda yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb.
Yağıntı: ən çox düşən yağıntının miqdarı Ağcabədidə 45mm, Ağstafada 26 mm, Astarada 24 mm, Zaqatala, Balakəndə 19 mm, Oğuzda 18 mm, Qəbələdə 17 mm, Kişçayda (Şəki) 15 mm, Sarıbaş (Qax), Altıağac, Şəkidə 14 mm, İlisuda 13 mm, Lənkəran, Şamaxıda 12 mm, Xınalıq, Gədəbəydə 11 mm təşkil edib, digər rayonlarda isə 1-9 mm olub. Bakıda və Abşeron yarımadasında isə düşən yağıntının miqdarı 1-8 mm təşkil edib. 
Şamaxı Regional Meteoroloji Stansiyasının məlumatına əsasən aprelin 17-si gecə saat 05:00 -dan başlayaraq Şamaxı və onun ətraf ərazilərində aramsız yağıntılar düşüb, bəzi yerlərə sulu qar, təxminən 1000 metrdən yuxarı ərazilərə isə qar yağıb, qarın qalınlığı 1-2 sm təşkil etmiş, çaylarda sululuq artıb.
Əmələ gəlmiş qar örtüyünün hündürlüyü Xınalıqda 18 sm, Sarıbaşda 8 sm, İlisuda 6 sm, Kişçayda 3 sm, Gədəbəydə 1 sm, Qubanın dağlıq ərazilərində 10-15 sm təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494

Oxşar yazılar