XI siniflər üçün monitorinq imtahanlarına start verilir
15 may 2017 16:49 (UTC +04:00)

XI siniflər üçün monitorinq imtahanlarına start verilir

11-ci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, mayın 16-da Respublikanın 29 şəhər və rayonunda (Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçiriləcək.

 

Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

 

Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində mayın 23-də  keçiriləcək. 

# 1342
avatar

Oxşar yazılar