Xəzər TV-də nöqsanlar aşkarlanıb
19 iyun 2013 13:41 (UTC +04:00)

Xəzər TV-də nöqsanlar aşkarlanıb

“Xəzər TV”-də iki dəfə monitorinq keçirmişik və müəyyən nöqsanlar aşkar etmişik”. Bunu Lent.az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi, “Xəzər TV”-də Bədii Şuranın üzvü Fəxrəddin Veysəlli bildirib. Onun sözlərinə görə, Bədii Şuranın iki dəfə toplantısı olub. Növbəti görüş iyul ayında olacaq. Bədii Şuranın keçirdiyi monitorinq nəticəsində telekanalda intonasiya qaydalarının pozulması, vurğunun düzgün qoyulmaması kimi nöqsanlar aşkarlanıb: “Xəzər TV-nin rəhbərliyi, mən, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və Təhsil Nazirliyinin nümayəndəsi birlikdə bu məsələləri müzakirə etdik. Telekanal rəhbərliyi də bu nöqsanların aradan qalxacağına söz verib. Növbəti dəfə adıçəkilən telekanalın “Xəbərlər” proqramının monitorinqini həyata keçirəcəyik”.  

 

Digər telekanallarda monitorinqlərin aparılıb-aparılmayacağına gəlincə, direktor əvəzi vurğulayıb ki, bununla bağlı telekanallardan onlara müraciət olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1934

Oxşar yazılar