Xərçəng xəstəsi olan 39 yaşlı qadına kömək lazımdır
26 yanvar 2016 16:14 (UTC +04:00)

Xərçəng xəstəsi olan 39 yaşlı qadına kömək lazımdır

39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzisi xərçəngindən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, 3 ilə yaxındır ki, o, bu xəstəliyə qarşı mübarizə aparır. Xəstəlik inkişaf etdiyindən işdən çıxmalı olub. S. Məmmədova ailə qurmayıb, qardaş və bacısının himayəsindədir. Daha əvvəllər Türkiyədə müalicə alan Səadətin sümüklərini bərkitmək üçün həkim şüa müalicəsi də yazıb. Əks halda, sümüklər sınacaq və yataqdan qalxa bilməyəcək. Səadətin dərmanlarına aylıq 400-500 (kimya terapiya daxil) manat pul xərclənir. Şüa qəbul etməsi üçün əlavə 1000 manat da lazımdır. Xəstəliyin verdiyi ağrılardan uzun müddət qida qəbul etmədiyindən qida borusunda da problem yaranıb.

 

Ailənin isə bu qədər pulu ödəməyə maddi gücü çatmır. Bu səbəbdən də ailəsi Səadətin adına bank hesabı açıb. Yardım etmək istəyənlər onun hesabına pul köçürə bilər.

 

Müştərinin adı:

MƏMMƏDOVA SƏADƏT MƏMMƏD QIZI

Müştərinin hesab nömrəsi:

AZ40UBAZ14033911941010AZN002

 

UNIBANK CB

SWIFT adresi: UBAZAZ22

(Baku, AZ, Azerirbaijan)

Kod: 502166

VÖİN: 1300017201

Benefisiar Bankın hesab nömrəsi: AZ46NABZ01350100000000015944

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar