Təhsil Nazirliyi may ayından etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Sənədlərin qəbulu avqustun 15-dək davam edəcək.
Bu dövr ərzində Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.
Bu günə qədər 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.