Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi
10 iyul 2015 18:00 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

Peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Xarici İşlər Nazirliyinin rəhbər heyəti 10 iyul tarixində Fəxri Xiyabanı ziyarət edərək mərhum prezident Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb və xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

 

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilərək, Vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar