Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün elan etdiyi sənəd qəbulu avqustun 15-dək davam edəcək.
APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, indiyədək Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.
İyulun 10-dək 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.
Qeyd edək ki, Təhsil Nazirliyi mayın 22-dən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir.