Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin VII sinifləri üzrə dərslik və dərs vəsaitlərinin monitorinqinin nəticələrini açıqlayıb. TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva Lent.az-a açıqlamasında deyib ki, VII siniflər üzrə istifadəsi məqsədəuyğun hesab edilməyən dərsliklər aşkar olunmayıb: “Bu dərsliklər əvvəlki tədris proqramı əsasında hazırlanıb və neçə illərdir istifadədir. Onların əsasında imtahan da keçirilib. VII sinif dərsliklərinə dair rəydə dərsliklərdə olan xırda iradlar göstəriləcək və onların gələcək nəşrlərdə düzəldilməsi tövsiyə ediləcək”.
Qeyd edək ki, indiyədək TQDK tərəfindən ibtidai siniflər üzrə 12 dərslik komplektinin istifadəsi məqsədəuyğun sayılmayıb.