Vergi borcu olanların adları avtomatlaşdırılmış sistemə daxil ediləcək
17 mart 2016 17:46 (UTC +04:00)

Vergi borcu olanların adları avtomatlaşdırılmış sistemə daxil ediləcək

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az xəbər verir ki, ölkə başçısı “İcra haqqında” Qanunda edilmiş dəyişikliyin tətbiqi ilə əlaqədar əsasnamədə aşağıdakı dəyişikliyi edib:

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.6-cı yarımbəndinə “məhkəmə qərarı” sözlərindən sonra “, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı” sözləri əlavə edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar