Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu iyunun 27-28-də akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyi münasibətilə “Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Şərqşünaslıq İnstitutundan Lent.az-a verilən məlumata görə, konfransda 300-dək alim, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan 25 nümayəndə iştirak edəcək.