Vakant dövlət qulluğuna müsabiqə və müsahibə elan edilib
11 mart 2016 12:20 (UTC +04:00)

Vakant dövlət qulluğuna müsabiqə və müsahibə elan edilib

 

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 11 mart tarixdən 71 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 319 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 36 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

 

Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 174-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 144-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatındadır.

 

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Bildirək ki, vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 mart tarixdən 11 aprel tarixdə saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

 

Ümumi müsahibədə iştirak etmək arzusunda olan vətəndaşlar isə sənədlərini bu gündən 30 mart tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar