Üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib
15 mart 2017 11:10 (UTC +04:00)

Üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib

“Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirib.

 

P. Musayev deyib ki, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb: “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib. Bu Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən göndərilmir. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Son illər üçüncü ölkədən olan 2 qaçqına Azərbaycan vətəndaşlığı verilib”.

 

P. Musayev onu da deyib ki, Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenefobiya halları qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

APA Baycan

Oxşar yazılar