Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı oldu
25 noyabr 2013 11:46 (UTC +04:00)

Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı oldu

Bu gün Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması üçün Təhsil-Təlim Mərkəzinin açılışı olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, sözügedən nazirlik ilə BMT-nin İnkişaf Proqramının (BMTIP) birgə layihəsi çərçivəsində keçirilib.

Layihənin əsas məqsədi turizm sektorunda peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məzunların xidmət sahəsində peşəkarlığının artırılması ilə bu sahədə rəqabətə davamlılığı yüksəltməkdir.

Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələri üçün isə ixtisas üzrə müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktiki dərslərin müvafiq avadanlıqlarla təchiz olunmuş otaqlarda keçirilməsi planlaşdırılır.
İlk təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub (Əlaqə telefonu: (012) 598 55 19)

 

Qeyd edək ki, "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" adlı iki illik layihənin iki qurum arasında birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar