TQDK sədri: “Ali Neft Məktəbini seçən uşaqların nəticələri bizi sevindirir”
16 sentyabr 2013 17:46 (UTC +04:00)

TQDK sədri: “Ali Neft Məktəbini seçən uşaqların nəticələri bizi sevindirir”

“Azərbaycanda hər il qəbul imtahanlarını keçirəndə fikirləşirik ki, builki tələbələr hansı səviyyədə imtahan verəcəksə, 10 il sonra həmin səviyyədə mütəxəssislər bizim iqtisadiyyatda, ictimai həyatda fəaliyyət göstərəcəklər. Hər il qəbul imtahanlarının nəticələri müxtəlif sahələrdə yüksəlir. Xüsusilə Ali Neft Məktəbini seçən uşaqların nəticələri bizi çox sevindirir”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində tələbələrlə keçirilən görüşdə bildirib. O qeyd edib ki, keçən il Ali Neft Məktəbinə ilk dəfə olaraq qəbul keçirilib və nəticələrin belə yüksək olacağı gözlənilmirdi: “Keçən ilki nəticələr builki nəticələrə nisbətən daha yüksəkdir. Bu o deməkdir ki, sizin ali müəssisəsində müvafiq elm mühiti yaranacaq. Amma bilik almaq, ixtisası mənimsəmək sizin əsas vəzifənizdir. Bəlkə də sizin aranızda 20, 30 ildən sonra Nobel mükafatını alacaq şəxslər olacaq. Çünki Nobel mükafatının maliyyə əsasını Bakı nefti qoyub. İnanıram ki, bu ali məktəbin tələbəsi də gələcəkdə Nobel mükafatını ala biləcək. Sizin builki nəticələriniz çox yüksəkdir, amma bunlarda dayanmaq lazım deyil. Sizə verilən vaxt, imkanlardan səmərəli istifadə etməlisiniz”.
 

# 585

Oxşar yazılar