TQDK müsabiqə elan edib
16 sentyabr 2013 10:38 (UTC +04:00)

TQDK müsabiqə elan edib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müqaviləçi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə test tapşırıqlarını hazırlamaq, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirmək, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə etmək, test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək vəzifələrini həyata keçirəcək.

 

Müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunandır. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. 
 

# 582
avatar

Oxşar yazılar