Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsi mayın 19-da paytaxt Bakıda və bölgə mərkəzlərində keçiriləcək. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının II mərhələsi isə iyunun 23-də yalnız Bakıda olacaq.
TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, mayın 8-də rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək üçün ərizə təsdiqi başa çatıb.