Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təqvim planına dair əlavə və dəyişikliklər barədə məlumat yayıb. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”na bəzi əlavə və dəyişikliklər edilib.
Eksternat yolu ilə imtahan verəcək məzunların və ya əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şagirdlərin buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin, həmçinin, təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərin “Şagird-məzun” sisteminə daxil edilərək, gələn il mayın 1-dən iyunun 10-dək təsdiq edilməlidir.
Gələn il ərzində isə ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış keçmiş məzunların buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi mümkündür.
2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı aşağıdakı kimidir:
№ |
Görüləcək işlər |
Tarix |
|
Ümumtəhsil məktəbləri |
Peşə liseyləri |
||
1. |
Bakı şəhərində və bölgələrdə şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiriciləri üçün “Şagird-məzun” sistemindən ümumi istifadə qaydalarına dair treninqlərin keçirilməsi. |
17.10.2013-31.10.2013 |
17.10.2013-31.10.2013 |
2. |
Adları “Şagird-məzun” sistemində olmayan təhsil müəssisələri haqqında məlumatların TQDK-ya təqdim edilməsi. |
17.10.2013-31.10.2013 |
17.10.2013-31.10.2013 |
3. |
5-11-ci siniflərdə oxuyan şagirdlərin sayının “Şagird-məzun” sisteminə daxil edilməsi. |
01.11.2013-30.11.2013 |
01.11.2013-30.11.2013 |
4. |
Təhsil müəssisələri haqqında “Şagird-məzun” sistemində mövcud olan məlumatların dəqiqliyinin və tamlığının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən yoxlanması və zəruri hallarda müvafiq düzəlişlərin aparılması. |
01.11.2013-30.11.2013 |
01.11.2013-30.11.2013 |
5. |
Şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən, buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi. Məlumatların təsdiq edilməsi (I təsdiq). |
01.12.2013-30.04.2014 |
01.12.2013-31.01.2014 |
6 |
Sağlamlıq imkanları məhdud şagirdlər haqqında məlumatların “Şagird-məzun” sistemində qeyd edilməsi. Təhsil müəssisələri tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud şagirdlərin siyahısının TQDK-ya təqdim edilməsi. |
01.03.2014- 15.05.2014 |
03.01.2014- 10.03.2014 |
7. |
Şagirdlərin cari tədris ilinə aid illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi (II təsdiq). |
20.05.2014-10.06.2014 |
18.02.2014-10.03.2014 |
8. |
Eksternat yolu ilə imtahan verəcək məzunların və ya əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şagirdlərin buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin, həmçinin, təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərin “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi. |
01.05.2014-10.06.2014 |
01.05.2014-10.06.2014 |
9. |
Ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış keçmiş məzunların buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi. |
il ərzində |
il ərzində |
10. |
Şagirdlər haqqında “Şagird-məzun” sisteminə daxil edilmiş hər hansı bir məlumatda dəyişiklik baş verdikdə bu dəyişikliyin sistemdə dərhal nəzərə alınması. |
01.12.2013-10.06.2014 |
01.12.2013-10.03.2014 |
11. |
Şagirdlərin buraxılış imtahanları keçiriləcək imtahan binalarına nəqliyyat vasitəsilə çatdırılması və geri qaytarılması məqsədilə təhsil müəssisələri tərəfindən həyata keçirilən nəqliyyat daşınmasına dair müqavilələrin TQDK-ya təqdim edilməsi. |
01.05.2014-01.06.2014 |
|
12. |
TQDK ilə müqavilə imzalamış təhsil müəssisələri tərəfindən şagirdlərin müqavilədə nəzərdə tutulmuş qaydada imtahan binalarına çatdırılması və geri qaytarılması. |
imtahan günü |
|
13. |
Təhsil müəssisələri tərəfindən TQDK-nın internet saytında imtahana buraxılış vərəqələrinin yerləşdirilməsi barədə şagirdlərin məlumatlandırılması, zəruri hallarda isə buraxılış vərəqələrinin çap olunması və şagirdlərə təqdim edilməsi. |
25.05.2014- imtahan gününədək |
01.03.2014- imtahan gününədək |
14. |
Buraxılış imtahanlarının və yekun qiymətləndirmənin nəticələri elan edildikdən sonra təhsil haqqında sənədlərin məzunlara verilməsi. |
01.07.2014-01.09.2014 |
01.07.2014-01.09.2014 |
15. |
Hər bir məzuna verilmiş təhsil haqqında sənədin seriyasının, nömrəsinin, verilmə tarixinin, şagirdin təhsil müəssisəsini medalla bitirməsi haqqında məlumatın “Şagird-məzun” sistemində qeyd edilməsi. |
01.07.2014-01.09.2014 |
01.07.2014-01.09.2014 |