TQDK-dan sonuncu imtahanla bağlı xəbər
20 may 2013 13:52 (UTC +04:00)

TQDK-dan sonuncu imtahanla bağlı xəbər

TQDK mayın 19-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili”ndən  imtahan keçirib. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd etdiklərinə,  imtahanın gedişinə mane olmaq istədiyinə və sual kitabçalarını dəyişdiyinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar