TQDK-dan sağlamlıq imkanları məhdud olan şagirdlərə müraciət
01 iyun 2013 14:25 (UTC +04:00)

TQDK-dan sağlamlıq imkanları məhdud olan şagirdlərə müraciət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər (rayon) təhsil şöbələrinə və sağlamlıq imkanları məhdud olan şagirdlərə müraciət edib.


 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda edilən dəyişiklərə əsasən, rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalarının (PTPK) sağlamlıq imkanları məhdud olan şagirdlərin buraxılış imtahanlarından azad edilməsi barədə qərarı və azad olunanların siyahısı qısa müddət ərzində TQDK-ya təqdim olunmalıdır: “TQDK vaxt məhdudluğunu nəzərə alaraq bildirir ki, imtahandan azad olunma barədə müvafiq PTPK-lara müraciət etmiş, iyunun 2-də keçiriləcək buraxılış imtahanında iştirak etməmiş, həmin tarixdən sonra PTPK tərəfindən barələrində azad olunmaq haqqında qərar qəbul edilməmiş şagirdlər iyunun 25-də keçiriləcək buraxılış imtahanında iştirak etməlidirlər”.

 

Əqli qüsuru olduğuna görə (debillik diaqnozu) buraxılış imtahanından azad olunan şagirdlərin adları ayrı siyahı ilə təqdim olunmalıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar