TQDK şagirdlərə daha bir müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şagirdlərin buraxılış imtahanlarında iştirakını məhdudlaşdıran xəstəliklərin siyahısı müəyyənləşib.
Buraxılış imtahanında iştirakı mümkünsüz olan şagirdlər müvafiq tibbi arayışları (epiqriz) mayın 20-ə dək təhsil müəssisələrinə təqdim etməlidirlər. Bu sənədlər Təhsil şöbələri tərəfindən mayın 25-ədək TQDK-ya və ya Komissiyanin regional bölmələrinə göndərilməlidir.
Belə şagirdlər üçün fərdi buraxılış imtahanları təşkil ediləcək.
Xüsusi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı həmin təhsil müəssisələrində olacaq.
ss |
Diaqnoz |
|
Bronxoektatik xəstəliklər (tez-tez təkrar olunan kəskinləşmə və ağırlaşmalarla, II-III dərəcəli tənəffüs çatışmazlığı, plevranın empieması, bronxopnevmotorakal fistullar) |
|
Tənəffüs orqanlarının anadangəlmə anomaliyaları (polikistoz, mukovissidoz və s.) |
|
Mədə və onikibarmaq xorası kəskinləşmə dövründə |
|
Mədə-bağırsaq yollarının, qaraciyər və ödçıxarıcı yolların nəzərə çarpacaq funksional pozğunluqları ilə gedən xəstəlikləri, patoloji halları və inkişaf qüsurları (qaraciyərin sirrozu, xronik aktivləşən hepatit, qeyri-spesifik xoralı kolit, fenilketonuriya və s.) |
|
Ürəkdə və böyük damarlarda aparılan cərrahi əməliyyatdan sonrakı hallar |
|
Ürək keçiriciliyinin və ritminin pozulması (tam köndələn atrioventrikulyar blokada, sinus düyünün zəifliyi sindromu, sinoaurikulyar blokada, II-III dərəcəli tam olmayan atrioventrikulyar blokada) |
|
Birləşdirici toxumanın diffuz xəstəlikləri |
|
Xronik böyrək çatışmazlığı |
|
İrsi nefropatiyalar (tubulopatiyalar, irsi nefrit) |
|
Anadangəlmə immun çatışmazlıq sindromları |
|
Qazanılma immun çatışmazlığı sindromu olan xəstələr və insan immun çatışmazlığı virusu ilə yoluxanlar(diaqnozların klinik-laborator tədqiqi) |
|
Hemorragik vaskulit (xəstəliyin uzun sürən, aramsız residiv verən xronik variantları) |
|
Qanın anadangəlmə və irsi xəstəlikləri (talassemiya, oraqvari hüceyrə anemiyası, qeyri-fermentar hemolitik anemiya, irsi mikrosferositar hemolitik anemiya və digər nadir təsadüf edən hemolitik anemiyalar) |
|
Leykozlar |
|
Limfoqranulomatoz |
|
Histiositozlar (Hend-Şüller-Krisçen, Lettere-Zive, Taratınov) |
|
Toplanma xəstəlikləri (Qoşe, Niman-Pik, Landinq, Volment, Tandasir)
|
|
Qan yaranmanın anadan gəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyətləri |
|
Koaqulopatiyalar (Hemofiliya, Villebrand xəstəliyi) |
|
Trombsitopenik purpura (xəstəliyin xronik, fasiləsiz residiv verən, kəskin nəzərə çarpan hemorragik sindrom və trombositopeniya ilə gedişi- Periferik qanda trombositlərin miqdarının 80,0 10q/l və az olması |
|
İtsenko-Kuşinq xəstəliyi |
|
Böyrəküstü vəzilərin xronik çatışmazlığı (əvəzedici terapiya fonunda inkişaf edən Addison krizləri) |
|
Anadangəlmə və qazanılma hipotireoz |
|
Cərrahi əməliyyatdan sonra əmələ gəlmiş hipoparatireoz |
|
Qarın yatalağı və paratiflər |
|
Botulizm |
|
Vərəm meningiti |
|
Şizofreniya |
|
Müxtəlif mənşəli psixozlar (sarışan hallar) |
|
Nevrozlar və nevrozabənzər hallar (ağır formada), dekompensasiya stadiyasında olan reaktiv hallar, isteriya (kəkələmələrlə) |
|
Müxtəlif mənşəli nəzərə çarpan ensefalo-astenik əlamətlər |
|
Psixopatiyalar, psixopatiyayabənzər əlamətlər (kəskin dövrdə) |
|
Mərkəzi və periferik sinir sisteminin üzvi xəstəlikləri nəticəsində baş verən hərəki və hissi pozğunluqlar (süst və spastik ifliclər), beyin şişləri və beyində aparılan cərrahi əməliyyatlar |
|
Epilepsiya |
|
Kəllə-beyin travmaları |
|
Kəllə-beyin travmalarından sonra qalıq əlamətlər |
|
Kəllə, fəqərə və gövdə sümüklərinin sınıqları |
|
Yayılmış ekzema və yayılmış neyrodermit |
|
Total alopesiya (total keçəllik) |
|
Görmə üzvünün iltihabi xəstəlikləri: a) residiv verən keratitlər, buynuz qişanın distrofiyaları, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə b) bahar katarının fəsadlaşmış forması, görmə itiliyinin hər iki gözdə 0,08 qədər azalması ilə |
|
Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması |
|
Uşaq serebral iflici |
|
Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez) |
|
Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici |
|
Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi) |