TQDK-dan abituriyentlərə kömək məqsədilə yenilik
13 iyul 2013 21:05 (UTC +04:00)

TQDK-dan abituriyentlərə kömək məqsədilə yenilik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə kömək məqsədilə daha bir yeniliyə imza atıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub. Bundan əlavə, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini müəyyənləşdirə bilər.    

 

# 1317
avatar

Oxşar yazılar