Tovuzda 55 kiloqram ağırlığında balqabaq yetişdirilib. Lent.az-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqırıxlı kənd sakini Gündüz Bağırov şəxsi təsərrüfatında nəhəng balqabaq becərib. Onun sözlərinə görə balqabaq toxumunu ona yaxın bir tanışı Almaniyadan gətirib. Ən böyük balqabağın çəkisi 55 kiloqram ən kiçiyinin isə 10 kiloqram olub. G. Bağırovun sözlərinə görə əvvəllərdə yerli sort balqabaq yetişdirib amma bu boyda olmayıb. Hazırda balqabağı 200 manata almaq istəyənlərin olduğunu deyən kənd sakini onu satmayaçağın və özü kəsərək qohum qonşuya paylayacağın bildirib. Gündüz Bağırov balqabaq toxumunu saxlayaraq gələn il yenə əkəcəyini bildirib.
Alimlər isə təsərrüfat sahiblərini diqqətli olmağa çağırır. Aqrar elmlər üzrə fəlsəfə doktoru Hüseyn İdrisovun sözlərinə görə hal-hazırda xaricdən gətirilən bitki toxumlarının 99%-i hibrid olub.
“Hibrid toxumlar birinci il yaxşı məhsul verir. Məhsuldan götürülən toxumlar əkildikdə ikinci il ya bitki bitmir, ya bitir məhsul vermir yada ölçücə çox kisik məhsul verir. Amma sort olanda toxumu götürüb gələn il yenidən əkmək mümkün olur”, deyən H. İdrisov qeyd edir ki, fermerlər belə məsələlərə diqqət yetirməyib ikinci il hibrid məhsulun toxumunu əkdikdə ziyan çəkirlər.
H. İdrisov yerli sortların xaricdən gətirilənlərdən az məhsul verdiyini lakin keyfiyyətli məhsul əldə olduğunu bildirdi.