Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 18-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq, bəzi yerlərdə 40 dərəcəyə çatacaq. Abşeron çimərliklərində temperatur 27-29 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40-42 dərəcəyə qədər isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.