![Temperatur birdən-birə yüksəlir - <span style="color:red;">PROQNOZ](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Temperatur birdən-birə yüksəlir - PROQNOZ
Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, yarımadada havanın temperaturu gecə 15-18, gündüz 26-30 isti, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində mülayim cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-17, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında da əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Havanın temperaturu gecə 14-19, gündüz 28-33 dərəcə isti təşkil edəcək
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz olacaq. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 20-24 isti təşkil edəcək.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)