Temperatur 37 dərəcəyə çatacaq
24 iyun 2013 12:37 (UTC +04:00)

Temperatur 37 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, iyunun 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

 

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439
avatar

Oxşar yazılar