Telekanallara lisenziya yeni qaydalarla veriləcək
12 aprel 2013 16:12 (UTC +04:00)

Telekanallara lisenziya yeni qaydalarla veriləcək

Azrbaycanda telekanallara lisenizya verilməsinin yeni qaydaları hazırlanır. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, rəqəmsal yayıma keçidlə əlaqədar bəzi texniki məsələlər ortaya çıxır. Bunları hüquqi cəhətdən tənzimləmək lazımdır: “Əvvəllər Azərbaycanda hər televiziya kanalı ayrıca tezlikdə yayımlanırdı. İndi isə hər telekanalın öz tezliyi olmayacaq. Ümumrespublika yayımçıları olan telekanallar bir tezlikdə yayımlanacaq. Bu məsələni beynəlxalq praktikaya uyğun olaraq həyata keçirmək istəyirik. Lisenziyaların verilməsinin yeni qaydaları ilə bağlı Şuranın hüquq və beynəlxalq şöbələri iş aparır. Telekanalların lisenziya müddətləri davamlı şəkildə uzadılmalıdır. Amma biz indi bunları uzatsaq, rəqəmli yayıma keçəndə təzədən dəyişməli olacağıq. Ona görə də telekanallara lisenziya verilməsi və müddətinin uzadılması müvəqqəti olaraq təxirə salınıb”.

 

N. Məhərrəmli deyib ki, qaydaya görə, bir tezlikdə 12 telekanal yayımlana bilər: “Türkiyənin TRT kanalı ilə birlikdə ümumrespublika yayımçıları bir sosial paket kimi bir tezlikdə yayımlanacaq. Gələcəkdə ümumrespublika yayımçısı olan kanalların sayı artacaqsa, artıq bir tezlik yox, iki tezlik olacaq. Hər tezlikdə də müəyyən qədər kanallar yayımlanacaq. Regional kanallar üçün ayrıca tezliklər olacaq. Cənubda bir regional kanal var. O kanal üçün ayrı tezlik, Sumqayıtdakı kanal üçün ayrıca tezlik olacaq. Quba-Xaçmaz regionundakı regional kanallar birləşib bir, Gəncəbasar zonasındakı televiziya kanalları isə bir tezlikdə olacaq”.

 

Şura sədrinin sözlərinə görə, analoq yayım dayandırılandan sonra ölkə ərazisində xeyli tezlik boş qalacaq: “Gələcəkdə bu tezliklərdən necə səmərəli istifadə olunması müəyyən olunacaq”.

 

# 719
avatar

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14