Prezident İlham Əliyev ali məktəb tələbələrinin Prezident təqaüdünün artırılması haqqında Fərman imzalayıb.
Lent.az-ın məlumatına görə, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği artırılaraq, 2013-cü il sentyabrın 1-dən 165 (yüz altmış beş) manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək.
tabşırılıb.