2012-ci ilin martın 28-dən 2015-ci ilə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə ümumilikdə 499 077 məlumat daxil edilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə TQDK-nın 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir. Statistika ali təhsil və orta ixtisas pilləsi üzrə hesablanıb.
Statistika aşağıdakı kimidir:
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu -5512
Əlavə təhsil almaq istəyən şəxslərin qəbulu – 4535
Təhsil müəssisəsi tərəfindən həyata keçirilmiş qəbul – 8214
Xarici təhsil müəssisələrindən köçürmələr – 10486
Ölkədaxili köçürmələr – 8886
İxtisas dəyişmələri – 9495
İxtisas dəyişməklə ölkədaxili köçürmələr -1864
Təhsilalma forması dəyişmələri – 5691
Təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələr – 758
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri – 28
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr -33
Akademik borca görə xaricedilmələr - 7488
Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr – 6174
Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr- 17165
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr- 7574
"Sabah" proqramında iştiraka görə köçürülmə ilə əlaqədar xaricolma - 292
Təkrar kursda saxlanılmalar – 2334
Akademik məzuniyyətin alınması (xaricdə təhsil almaq məqsədilə) – 719
Akademik məzuniyyətin alınması (xəstəlik və digər səbəblərdən) -4997
Akademik məzuniyyətin alınması (təhsil haqqını ödəmək imkanının olmamasına görə) – 366
Bərpalar -22391
Bildirək ki, son 3 ildə 286 tələbə (bakalavriat səviyyəsində 167, magistraturada 5, tam orta təhsil bazasında 49, ümumi orta təhsil bazasında isə 65 nəfər) dünyasını dəyişib.